Azərbaycan cüdoçusu Rüstəm Orucov Tokio Olimpiadasında mübarizəni medalsız başa vurub. 73 kiloqram çəki dərəcəsində çıxış edən idmançımız Koreya Respublikasından olan cüdoçu An Çanqrim ilə görüşdə uduzub.
Dörd il əvvəl Rioda gümüş mükafata yiyələnən bayraqdarımız bu dəfə rusiyalı həmin uğuru təkrarlaya bilməyib. Cüdoçumuz rusiyalı Musa Moquşkovu və tacikistanlı Somon Maxmadbekova qalib gəlsə də, dörddəbir finalda Yaponiya Şohei Onoya məğlub olub. Təsəlliverici görüşdə Kosovo təmsilçisi Akil Cakovu məğlub edən cüdoçumuz bürünc medal uğrunda mübarizə aparmaq hüququ qazanmışdı.