Tokio-2020 Yay Olimpiya Oyunlarının bağlanış mərasimi keçirilib - FOTO
Olimpizm xəbərləri
08.08.2021, 17:34
Bu gün Tokio-2020 XXXII Yay Olimpiya Oyunlarının bağlanış mərasimi keçirilib. Mərasimi Yaponiyanın Tokio şəhərindəki Milli Olimpiya Stadionunda təşkil olunub. Əvvəlcə meydana Yaponiyanın dövlət bayrağı gətirilib. Yaponiyanın dövlət himninin müşayiəti ilə dövlət bayrağı qaldırılıb. Daha sonra iştirakçı ölkələrin bayraqdarları qarışıq şəkildə arenaya daxil olublar. Açılış mərasimindən fərqli olaraq, bu dəfə Azərbaycan bir bayraqdarla təmsil olunub. Dövlət bayrağını Tokio-2020-nin sərbəst güləş yarışlarının gümüş medalçısı Hacı Əliyev daşıyıb. Ardınca isə idmançılar eyni qaydada meydanın mərkəzinə toplaşıblar. Paraddan sonra lazer işıqları ilə stadionun üzərində Olimpiya halqaları əks olunub. Daha sonra Yaponiyanın sosial həyatını özündə ehtiva edən kompazisiya göstərilib. Sonra marafon yarışının qalibləri mükafatlandırılıblar. Əvvəlcə qadınlar arasında marafon yarışının qalibi keniyalı Peres Jepcircir, ikinci yeri tutan onun həmyerlisi Brigio Kosqey və üçüncü yerin sahibi ABŞ idmançısı Molli Seydelə mükafatları Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax və Beynəlxalq Atletika Federasiyasının prezidenti Sebastian Koe təqdim ediblər. Sonra kişilər arasında marafon yarışının qaliblərinə mükafatlar təqdim olunub. Qızıl medala Keniya idmançısı Eliud Kipçoqe sahib olub. İkinci yeri niderlandlı Abdi Naqiay, üçüncü yeri isə Belçika idmançısı Bəşir Abdi tutub. Medalları mükafatçılara BOK-un vitse-prezidenti Anita DeFrantz və Beynəlxalq Atletika Federasiyasının prezidenti Sebastian Koe təqdim ediblər. BOK-un Atletlər Komissiyasının yeni seçilmiş üzvlərinin təqdimatından sonra böyük yarışların ayrılmaz hissəsi olan könüllülərin bir qismi səhnəyə dəvət olunub və mükafatlandırılıblar. Yaponiyanın ayrı-ayrı prefekturalarının nümayəndələri tərəfindən ifa edilən milli rəqslərin əks olunduğu videoçarx maraqla qarşılanıb. Yakuta və kimono geymiş iştirakçıların meydanda canlı ifa etdiyi “Bon Odori” milli rəqsinə Olimpiya Oyunlarının mükafatçıları da qoşulublar. Tokionun qubernatoru Koike Yuriko və Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Baxın iştirakı ilə BOK-un bayrağı endirilib. Xanım Koike Yuriko Olimpiya bayrağını BOK-un prezidenti Tomas Baxa, o isə 2024-cü ildə növbəti Olimpiadaya ev sahibliyi edəcək Paris şəhərinin meri Ann İdalqoya təqdim edib. Fransanın dövlət himni səsləndirilib. Fransa ilə qurulan birbaşa bağlantıda Paris sakinlərinin, idmançıların Olimpiada estafetini qarşılamağa hazır olduğu əksini tapıb. Mərasimdə çıxış edən Tokio-2020-nin Təşkilat Komitəsinin sədri xanım Seyko Haşimoto və BOK-un prezidenti Tomas Bax olimpiadanın yüksək dostluq şəraitində keçdiyini, koronavirus pandemiyasına baxmayaraq, Tokionun yeni tarix yazdığını və yarışın uğurlu təşkil olunduğunu diqqətə çatdırıblar. BOK prezidenti Tomas Bax Tokio-2020 Olimpiya Oyunlarını bağlı elan edib. Qeyd edək ki, Tokio-2020-də 44 idmançı ilə təmsil olunan Azərbaycan komandası dördilliyin zirvə yarışını 3 gümüş və 4 bürünc medalla başa vurub. Gümüş medalların 2-si karate, 1-i güləş, bürünc mükafatlardan isə 2-si güləş, 1-i cüdo, 1-i boks yarışlarında qazanılıb. Karateçilərimizdən Rafael Ağayev (kumite, 75 kq) və İrina Zaretska (kumite, +61 kq) təkcə finalda uduzaraq gümüş medallara sahib olublar. Digər gümüş medalın sahibi sərbəst güləşçi Hacı Əliyevdir. Yunan-Roma güləşçilərimizdən Rafiq Hüseynov (77 kq) və qadın güləşçimiz Mariya Stadnik (50 kq) Olimpiadanı bürünc medallarla başa vurublar. Ölkəmizin aktivinə digər bürünc medalları cüdoçu İrina Kindzerska (+78 kq) və boksçu Alfonso Domingez (81 kq) yazdırıblar. Komandamız bu nəticə ilə medal sıralamasında 67-ci yeri tutub.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Avarçəkmə və kanoe üzrə açıq Bakı çempionatı keçiriləcək
Bugün, 10:25 Su idman növləri
-
Argentina möhtəşəm geridönüşlə dünya çempionatının finalında
Bugün, 01:10 Gündəm
-
Dünya çempionatının növbəti finalçısı müəyyənləşir
15.07.2026, 10:06 Futbol
-
İspaniya Dünya çempionatının finalına vəsiqə qazandı
15.07.2026, 01:04 Futbol
-
Mingəçevirdə "Kürü keçək?! 5" açıq suda kütləvi üzmə yarışı keçiriləcək
14.07.2026, 13:49 Su idman növləri
-
Bayıl stadionunda əsaslı yenidənqurma işləri yekunlaşmaq üzrədir
14.07.2026, 12:25 Futbol
-
Media və Yayım Şurasının yaradılması təklifi qəbul edildi
14.07.2026, 11:58 Gündəm
-
Şakir Quliyev: "Dinləyicilərin sevgisini qazanmaq bizim üçün ən böyük uğur idi" - MÜSAHİBƏ
14.07.2026, 11:46 Müsahibə
-
Güləşçilərimiz Budapeştdə ilin son reytinq turnirində çıxış edəcəklər
14.07.2026, 11:12 Güləş
-
"Çelsi" heyətini yeni müdafiəçi ilə gücləndirmək istəyir
14.07.2026, 10:56 Futbol
-
Dünya çempionatında yarımfinal həyəcanı başlayır
14.07.2026, 10:21 Futbol
-
"Sabah" bu gün Çempionlar Liqasında cavab oyununa çıxacaq
14.07.2026, 10:02 Futbol
-
Dünya çempionatının loqosu təsdiqlənib
13.07.2026, 17:10 Gündəm
-
Parislilər heyətini yeni müdafiəçi ilə gücləndirmək istəyir
13.07.2026, 16:41 Futbol
-
"Səbail" yeni transferini açıqladı
13.07.2026, 16:17 Futbol
-
Avarçəkənimiz gümüş medal qazandı
13.07.2026, 15:58 Olimpiya dünyası
-
Millimiz Şabranda təlim-məşq toplanışında iştirak edib
13.07.2026, 13:02 Şahmat
-
Azərbaycan avarçəkənləri Potidə 18 medal qazanıblar
13.07.2026, 10:52 Olimpiya dünyası
-
Çimərlik voleybolçularımız mükafatçılar sırasında
13.07.2026, 01:30 Voleybol
-
Sərbəst güləş millimiz rekorda imza atdı
13.07.2026, 00:53 Gündəm
-
Beynəlxalq turnirin finalçıları ilə görüş olub
12.07.2026, 19:04 Olimpiya dünyası
-
Olimpiya mükafatçısı Milli Gimnastika Arenasında ustad dərsi keçib
12.07.2026, 18:39 Gimnastika
-
Ruslan Lunyov Avropa Kubokunda qızıl medal qazanıb
12.07.2026, 10:16 Güllə atıcılığı
-
Gimnastlarımız Portuqaliyada beynəlxalq turniri 12 medalla başa vurublar
12.07.2026, 09:53 Gimnastika
-
DÇ-2026-nın yarımfinal cütləri müəyyənləşib
12.07.2026, 09:33 Futbol
-
DÇ-2026: Argentina millisi yarımfinala vəsiqə qazandı
12.07.2026, 08:08 Futbol
-
Dünya çempionatı: İngiltərə millisi yarımfinalda
12.07.2026, 04:00 Futbol
-
Güləşçimiz Avropa çempionu oldu
12.07.2026, 00:48 Güləş
-
Azərbaycan millisi Xüsusi Olimpiya Birləşmiş Dünya Kubokunun qalibi olub
10.07.2026, 16:09 Son xəbər
-
Azərbaycan klublarının Avropa Liqasında 300-cü qolu
10.07.2026, 15:45 Futbol
-
Yeni baş məşqçinin köməkçiləri müəyyənləşib
10.07.2026, 15:18 Futbol
-
Dünya çempionatında 1/4 final mərhələsinin ikinci oyunu keçiriləcək
10.07.2026, 14:47 Futbol
-
Musa Quelini "Şəfa"da
10.07.2026, 14:14 Futbol
-
Boksçularımız beynəlxalq turnirdə
10.07.2026, 13:40 Boks