2000-ci ildə Bakıda açılan ilk Olimpiya kompleksinin açılışında iştirak etmiş və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının fəxri doktoru seçilmiş sabiq BOK prezidenti Jak Roqq 79 yaşında vəfat edib.
Jak Roqq 1942-ci il mayın 2-də Belçikanın Gent şəhərində anadan olub. Qayıqsürmə idman növü ilə məşğul olan J.Roqq öz ölkəsinin 15 qat çempionu olub. Jak Roqq məşğul olduğu yelkənin “Finn” sinfində dünya çempionu titulunun da sahibi olub. O, 3 dəfə Olimpiya oyunlarında iştirak edib. Jak Roqq Tibb Universitetinin cərrahiyə, ortopediya, yəni insan bədənindəki əyilmiş sümüklərin, üzvlərin və s. müalicəsi fakültəsini bitirib. Bu sahədə doktorluq dissertasiyası müdafiə edib.
1976-cı ildə Belçikada MOK-un prezidenti seçilib. 1989-cu ildə AOK-un prezidenti vəzifəsinə namizədliyi irəli sürülüb. 1999-cu ildə J.Roqq Dünya Dopinq Əleyhinə Agentliyinin üzvü olub.
O, 1991-ci ildə BOK-un hüquqlu üzvü kimi fəaliyyətə başlayıb. 1998-ci ildə BOK-un icra komitəsinin üzvü seçilib. 2000-ci ildə Jak Roqqun BOK prezidentliyinə yolu paytaxtımız Bakıdan başlanıb.
MOK-un prezidenti İlham Əliyevin sədrliyi ilə onun BOK prezidenti olmağa namizədliyi irəli sürülüb. 2001-ci il iyulun 16-da Moskvada BOK-un 112-sessiyasında X.A.Samaranч istefa verib və Jak Roqq BOK-un 107 illik tarixinin 8-ci və Henri de Bayle Laturdan sonra ikinci belçikalı rəhbəri olub. O, 2000-ci ildə Bakıda açılan ilk Olimpiya kompleksinin açılışında iştirak edib və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının fəxri doktoru seçilib.
Jak Roqq XXVIII, XXIX, XXX Yay və XIX, XX, XXI Qış Olimpiya Oyunlarına rəhbərlik edib.