Niderlandın Veyk-an Zee şəhərində “Tata Steel Masters” superturniri keçirilir. Yarışda ölkəmizi təmsil edən Şəhriyar Məmmədyarov superturnirin beşinci turu çərçivəsində niderlandlı Yorden Van Forestlə üz-üzə gələcək. Hazırda 4 turdan sonra aktivində 2,5 xalı olan 36 yaşlı qrossmeysterimiz 5-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, 14 şahmatçının mübarizə apardığı turnir dairəvi sistem üzrə keçirilir. Superturnir yanvarın 30-da başa çatacaq.