Çexiyanın Marianske-Lazne şəhərində “Marienbad Open 2022” şahmat festivalı keçirilir. Yarışda ölkəmiz Azər Mirzəyevlə təmsil olunur. Şahmatçımız beşinci turda malayziyalı Ren Lim Zhuo ilə qarşılaşıb. Aktivində 3 xal olan təmsilçimiz bu nəticə ilə 2-5-ci yerləri bölüşdürür. Zəka sahibimiz lider Voyteç Platdan (Çexiya) 1,5 xal geri qalır. Şahmatçımız növbəti turda turnir cədvəlinin lideri V.Platla qarşılaşacaq. Qeyd edək şahmatçımız buna qədər keçirdiyi 4 görüşün hər birində rəqibləri ilə heç-heçə etmişdi.
Doqquz turdan ibarət olan “Marienbad Open 2022” turnirinə yanvarın 22-də yekun vurulacaq.