"Araz Naxçıvan" iki yeni oyunçu transfer edib

"Araz Naxçıvan" iki yeni oyunçu transfer edib

Futzal üzrə UEFA Çempionlar Liqasında çıxış edəcək "Araz-Naxçıvan" heyətini üç oyunçu ilə gücləndirib.

Azərbaycan Futzal Federasiyasından olimpnews.az-a verilən məlumata görə, ölkə çempionu iki braziliyalı oyunçu ilə anlaşıb.

Müdafiəçi Mateus Katataun və hücumçu Vitao ilə mövsümün sonunadək müqavilə imzalanıb.

“Araz-Naxçıvan” martda Rusiyanın “Torpedo” komandasına keçən qapıçı Rövşən Hüseynli ilə də bir illik sözləşmə bağlayıb.

Qeyd edək ki, komanda UEFA Çempionlar Liqasında mübarizəyə əsas mərhələdən start verəcək. Azərbaycan təmsilçisi Bosniya və Herseqovinada keçiriləcək 5-ci qrupun oyunlarında yerli “Mostar”la, eləcə də ilkin mərhələdə yarışacaq D və F qrupunun qalibləri ilə üz-üzə gələcək.