İspaniyanın Pontevedra şəhərində güləş üzrə U-23 dünya çempionatı keçirilib. Ölkəmiz yarışda güləşin hər üç növündə təmsil olunub. Mübarizəyə ilk olaraq yunan-Roma güləşçilərimiz başlayıblar. Klassiklərimizdən Qurban Qurbanov (72 kq) qızıl, Nihad Quluzadə (55 kq) və Nihat Məmmədli (60 kq) gümüş medal qazanıb.
Beləliklə, dünya çempionatına 6 idmançıyla yollanan yunan-Roma güləşi üzrə milli mundialı 1 qızıl və 2 gümüş medalla başa vurub.
Qadın güləşçilərimizdən isə Nigar Mirzəzadə (65 kq) çempionatın gümüş medalına sahib olub.
Növbəti yarış günlərində isə sərbəst güləşçilərimiz xalça üzərinə çıxıblar. Pəhləvanlarımızdan Hacımurad Hacıyev gümüş, Kənan Heybətov (70 kq) və İslam İlyasov (97 kq) bürünc medal qazanıb.
Beləliklə, sərbəst güləş üzrə millimiz dünya çempionatını 1 gümüş və 2 bürünc medalla başa vurub.
Pəhləvanlarımız dünya çempionatını 7 medalla başa vurdular