Ağcabədi Olimpiya İdman Kompleksində 17 Noyabr – Milli Dirçəliş Gününə həsr olunmuş atletika üzrə rayon turniri keçirilib. Rayon Gənclər və İdman İdarəsinin Olimpiya İdman Kompleksi ilə birgə təşkil etdiyi turnirdə 47 idmançı iştirak edib. Turnir 100 metr məsafəyə qaçış olmaqla, uşaq və yeniyetmələr arasında keçirilib. Turnirin yekununda ən yüksək nəticə göstərmiş idmançılara Gənclər və İdman İdarəsi tərəfindən diplomlar təqdim edilib.
Atletika üzrə rayon turniri keçirilib