«Araz» İK-nın idmançıları builki yarışlarda fərqləniblər

«Araz» İK-nın idmançıları builki yarışlarda fərqləniblər

Bu ilin 6 ayı ərzində «Araz» İdman Klubunun idmançıları 8 yarışda iştirak ediblər. Bu yarışlardan 4-ü beynəlxalq, 4-ü isə ölkədaxili yarış olub. Ümumilikdə bu müddət ərzində klubun təmsilçiləri 53 medala sahib çıxıblar. Onlardan 28-i qızıl, 18-i gümüş, 7-si bürünc medaldır. Gürcüstanda keçirilən «Qafqaz kuboku» yarışında «Araz»İK-nın yetirməsi Ələkbər Abdullayev erməni rəqibi üzərində qələbə qazanaraq qızıl medal əldə edib. Qeyd edək ki, klubda fiziki qüsuru olan idmançılar da məşq edirlər. Belə idmançılardan biri də Sarvan Məmmədovdur. Sarvan Məmmədov bu il Qazaxda keçirilən turnirdə fərqlənərək qızıl medal qazanıb. Klubun idmançıları uğurlarını artırmaqda davam edirlər.