Fransanın paytaxtı Parisdə Avropa Olimpiya Komitəsinin (AOK) 43-cü seminarı keçirilir. Tədbirdə Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, qurumun baş katibi Azər Əliyev və Xarici Əlaqələr departamentinin müdiri Anar Bağırov Azərbaycan nümayəndə heyətini təmsil edirlər.
Avropa İdman Həftəsi çərçivəsində təşkil olunan seminarda EOC-un 2030-cu ilə qədər Strateji Gündəliyinin hazırlanması istiqamətində əldə olunan irəliləyişlər və digər məsələlərlə bağlı müzakirələr aparılıb.
Həmçinin "Krakov-2023" Avropa Oyunları, "Maribor-2023" Avropa Gənclərinin Olimpiya Festivalı, Paris-2024 Yay Olimpiya Oyunları və Milano-2026 Qış Olimpiya Oyunlarına dair fəaliyyət planı müzakirə olunub.