UEFA Konfrans Liqası: çempion Praqada müəyyənləşəcək

UEFA Konfrans Liqası: çempion Praqada müəyyənləşəcək

Bu gün UEFA Konfrans Liqasında 2022/2023 mövsümünə yekun vurulacaq. Turnirin final oyununda İtaliyanın "Fiorentina" və İngiltərənin "Vest Hem" klubları üz-üzə gələcəklər. Çexiyanın paytaxtı Praqadakı "Eden Arena"da keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Qarşılaşmanı ispaniyalı FIFA referisi Karlos Del Serro idarə edəcək. 

Qeyd edək ki, bu, Konfrans Liqasında ikinci final matçıdır. Turnirin ilk qalibi İtaliya "Roma" UEFA Konfrans Liqasının qalibi olub.