Dekabrın 5-dən 11-dək sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmələr arasında “Təhsil” beynəlxalq turniri keçiriləcək. Elm və Təhsil Nazirliyi və Azərbaycan Güləş Federasiyasının birgə təşkilatçılığı ilə keçiriləcək yarışda 7 ölkədən ümumilikdə 500-ə yaxın yeniyetmə güləşçi mübarizə aparacaq.
Ötən ilki turnirdə fərqli olaraq, bu dəfə U-17 yaş qrupu ilə yanaşı, U-15 yaş qrupu üzrə də yarış keçiriləcək. Proqrama əsasən, turnirin ilk 4 günündə U-15, növbəti 3 gündə isə U-17 yaş qrupunda yer alan pəhləvanlar xalça üzərinə çıxacaqlar.