FİFA prezidenti Canni İnfantino bilidirib ki, azarkeşləri irqçilik nümayiş etdirən komandalar birbaşa məğlubiyyətlə üzləşəcəklər. “Şənbə günü Udinedə baş verən hadisələr tamamilə qəbuledilməzdir. İstər futbolda, istərsə də cəmiyyətdə irqçiliyə və digər ayrı-seçkiliyə yer yoxdur. Şənbə günü baş verənlərdən təsirlənən futbolçulara tam dəstəyim var. Məktəblərdə təhsildən başlayaraq, bütün maraqlı tərəflərin hərəkətə keçməsi lazımdır ki, gələcək nəsillər bunun futbol və cəmiyyətin bir hissəsi olmadığını başa düşsünlər”, - İnfantino sosial şəbəkə hesabında yazıb. Xatırladaq ki, “Udineze” – “Milan” matçında azarkeşlər qonaqların qapıçısı Mik Menyanı irqi zəmində təhqir ediblər.
FİFA prezidenti sərt çağırış