Millimiz yoxlama oyununda qalib gəldi

Millimiz yoxlama oyununda qalib gəldi

Türkiyənin İstanbul şəhərində təlim-məşq toplanışı keçən kişi basketbolçulardan ibarət Azərbaycan millisi hazırlıq görüşündə meydana çıxıb.

Azərbaycan Basketbol Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, Tahir Baxşıyevin rəhbərlik etdiyi yığmamız Birləşmiş Ərəb Əmirlikləri seçməsi ilə üz-üzə gəlib. Görüş komandamızın 72:57 hesablı qələbəsi ilə yekunlaşıb.

Millinin heyətində məhsuldar basketbolçu 14 xal və 4 ribaundla Amil Həmzəyev seçilib.

Qeyd edək ki, təlim-məşq toplanışı fevralın 21-dək davam edəcək.