MOK-un vitse-prezidenti ABŞ-ın qadın güləşi üzrə mütəxəssisləri ilə görüşüb
BOK
23.05.2024, 17:50
Mayın 23-də Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında ABŞ-nın Azərbaycandakı səfirliyinin rəsmi nümayəndələri və səfirliyin təşəbbüsü ilə ölkəmizdə səfərdə olan ABŞ-ın qadın güləşi üzrə mütəxəssislər ilə görüş olub.
Görüşdə Milli Olimpiya Komitəsinin vitse-prezidentləri Çingiz Hüseynzadə, Zemfira Meftaxetdinova, Milli Olimpiya Komitəsinin idman idarəsinin müdiri Həsənağa Rzayev, ABŞ-ın Azərbaycandakı səfirliyinin mətbuat məsələləri üzrə müşaviri Vanessa Zenci, Arkanzas Ştatının Güləş Assosiyasıyasının sədri Kristi Man, "Wrestle Like a Girl" təşkilatının idarə heyətinin üzvü Tela Baçer Azərbaycan Güləş Federasiyasının baş katibi Nəsimi Musayev, MOK-un marketinq şöbəsinin direktoru Səkinə Vəliyeva və MOK-un mətbuat katibi Murad Fərzəliyev iştirak ediblər.
Qonaqları salamlayan MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə əvvəlcə ölkəmizdə idman sahəsində qazanılan uğurlar barədə məlumat verib. " Azərbaycan Milli Olimpiya Komitəsi böyük uğurlar əldə edib. İdmançılarımız iştirak etdikləri Olimpiya Oyunlarında hər zaman mükafatlara layiq görülüblər. Belə ki, müstəqillik əldə etdikdən sonra idmançılarımızın ilk sınağı 1996-ci ildə Atalanta Olimpiadasına təsadüf etmişdi. Həmin vaxt güləşçimiz Namiq Abdullayev yarışların gümüş medalına yiyələnmişdi. Məhz bu olimpiadadan sonra Azərbaycanın Olimpiya Hərəkatında yeni yüksəliş dövrü başladı. Sidney-2000 Yay Olimpiya Oyunlarında atletlərimiz üç medal qazandılar ki, onların da ikisi qızıl idi. Bu nailiyyətlər sonrakı illərdə artmağa başladı. Milli komandamızın üzvləri Afinada 5, Pekində 7, Londonda isə 10 medala yiyələndilər. Azərbaycan idmançılarının Olimpiya Oyunlarında ən yüksək göstəricisi 2016-cı ildə əldə edildi. Braziliyanın Rio-de Janeyro şəhərində keçirilən Yay Olimpiya Oyunlarına Azərbaycan yığma komandası 18 medalla Vətənə qayıtdı. 2021-ci ildə Tokio Olimpiadası isə bildiyiniz kimi pandemiya ilə əlaqədar ağır bir şəraitdə təşkil edildi. Pandemiyanın yaratdığı fəsadlar bütün dünyada olduğu kimi Azərbaycan idmanından da yan keçmədi. Məhz bu problem Azərbaycan idmançılarının Tokio Olimpiadasında əldə etdiyi medal sayına təsir etdi. Lakin Yaponiyada da idmançılarımız Oyunları mükafatsız başa vurmadılar. Azərbaycan yığmasının heyətində çıxış edən idmançılardan 7 nəfəri mükafatçılar sırasında yer aldılar. Hazırda bütün dünyanın diqqəti Paris-2024 Yay Olimpiya Oyunlarına yönəlib. Bizim idmançılarımızdan 24 nəfəri artıq lisenziya sayəsində Fransa paytaxtına yollanmaq imkanı əldə ediblər. Şübhəsiz ki, qarşıdakı günlərdə əldən olunan lisensiziyaların sayı daha da artacaq. Ümid edirəm ki, həm Azərbaycan, həm də ABŞ yığma komandasının heyətində yer alan idmançılar Paris-2024-də uğurlu çıxışları ilə yadda qalacaqlar. Bir daha sizi, Milli Olimpiya Komitəsində görməkdən çox məmnunuq. Hesab edirik səfərinizin yekununda ölkəmizdən xoş təəssüratlarla ayrılacaqsınız", - deyə MOK-un vitse prezidenti qeyd edib.
ABŞ-ın Azərbaycandakı səfirliyinin mətbuat məsələləri üzrə müşaviri Vannesa Zenci dəvətə görə öz minnətdarlığını bildirib. O, qeyd edib ki, bu cür mədəni tədbirlər ölkələrimiz arasında əlaqələri daha da möhkəmləndirir. "İdmanın sayəsində dil və məsafə kimi amillər arxa plana keçir. Biz Azərbaycan Milli Olimpiya Komitəsi, Azərbaycan Gənclər və İdman Nazirliyi, Azərbaycan Güləş Federasiyası ilə birlikdə sıx əməkdaşlıq edirik. Onu da qeyd edim ki, bir müddət əvvəl Azərbaycanın 8 idmançısı ABŞ-a səfər etmişdilər. Hesab edirəm ki, onlar bu səfərdən xoş təəssüratlarla qayıtmışdılar", - deyə Vannesa Zenci diqqətə çatdırıb.
Arkanzas Ştatının Güləş Assosiyasıyasının sədri Kristi Mann çıxış edərkən buradakı insanların onlara qarşı xoş münasibətindən söz açıb. "Ölkənizə gəldiyimiz gündən etibarən xoş və gülərüz münasibətlə qarşılaşdıq. Gözəl təbiətiniz və istiqanlı insanlarınız var. Fürsətdə istifadə edib Qobustandakı qədim qayaüstü rəsmləri gördük, Şəkidəki Kiş məbədində olduq, Lənkəranda isə əsl Azərbaycan çayının dadına baxdıq. İdman zallarında güləşlə məşğul olan qızları görmək daha xoş oldu. Ölkəmizdə bu barədə daha ətraflı məlumat verəcəyik. Azərbaycanı çox sevdik, buraya yenidən səfər etmək istəyirik", - deyə xanım Kristi bildirib.
"Wrestle Like a Girl" təşkilatının idarə heyətinin üzvü Tela Baçer çıxış edərək əvvəlcə Azərbaycanda idman sahəsinə göstərilən diqqət və qayğının canlı şahidi olduğunu deyib. "İstər paytaxt Bakıda, istərsə də səfərdə olduğumuz bölgələrdə idmanın inkişafı üçün böyük imkanlar yaradılıb. Bunun nəticəsidir ki, idmançılarınız Olimpiya oyunlarında uğurlu çıxış edirlər. ABŞ-da da idmanın müxtəlif növləri böyük populyarlıq qazanıb. Lakin bizim təmsil etdiyimiz qurum çalışır ki, idmanın güləş növündə daha böyük nailiyyətlər əldə olunsun. Biz daha çox qızların güləşlə məşğul olmasında maraqlıyıq. Sevindirici haldır ki, Paris Olimpiadasında ABŞ-ı təmsil edəcək idmançılar arasında qadın güləşçilərimizin də adı var. Fürsətdən istifadə edib, hər iki ölkənin idmançılarına qarşıdakı olimpiadada uğurlar diləyirəm", - deyə Tela Baçer vurğulayıb.
Görüşdə Milli Olimpiya Komitəsi tərəfindən qonaqlara xatirə hədiyyələri təqdim edilib.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Atlanta Olimpiadasına hazırlıq dövrü, Olimpiadada iştirak və sonrakı dövrlərdə idmandakı nailiyyət
Bugün, 16:26 Olimpiya dünyası
-
İki güləşçimiz dünya çempionatına qələbə ilə başladı
Bugün, 12:10 Güləş
-
Rüstəm Orucov: “Azərbaycanın cüdo məktəbi dünyanın ən güclülərindən biridir”
Bugün, 11:40 Müsahibə
-
Bir cümlə, bir xəbər
Bugün, 11:11 Futbol
-
Paralimpiyaçımız Dünya Kubokunun qalibi oldu
Bugün, 11:02 Güllə atıcılığı
-
"Sabah" Çempionlar Liqasında növbəti oyununa çıxır
Bugün, 10:54 Futbol
-
AGF Türkiyə, Qazaxıstan və Mərakeş güləş federasiyaları ilə ikitərəfli anlaşma memorandumları imzalayıb
Bugün, 10:36 Güləş
-
Bu gün üç güləşçimiz medal uğrunda mübarizə aparacaq
Bugün, 10:19 Gündəm
-
U-17 dünya çempionatı: Bu gün daha 5 yunan-Roma güləşçimiz mübarizəyə başlayacaq
Bugün, 10:00 Gündəm
-
Dünya çempionatı: Güləşçimiz finala vəsiqə qazandı
27.07.2026, 20:07 Gündəm
-
Bakıda U-17 dünya çempionatının təntənəli açılışı olub
27.07.2026, 18:08 Gündəm
-
Qadın voleybolçular arasında Avropa çempionatının könüllüləri müəyyənləşib
27.07.2026, 17:24 Voleybol
-
Darko Ramovs Peşəkar Futbol Liqasının qonağı olub
27.07.2026, 16:44 Futbol
-
Daha bir güləşçimiz dünya çempionatının yarımfinalında
27.07.2026, 15:01 Gündəm
-
15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının 2026-cı ildə Azərbaycanda keçirilməsi ilə əlaqədar tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
27.07.2026, 14:54 Gündəm
-
Güləşçimiz Bakıda keçirilən dünya çempionatının yarmfinalına vəsiqə qazandı
27.07.2026, 14:33 Güləş
-
Güləşçimiz finalın bir addımlığında
27.07.2026, 14:18 Güləş
-
Güləşçimiz dünya çempionatına qələbə ilə başladı
27.07.2026, 10:55 Gündəm
-
Bakıda güləş üzrə dünya çempionatına start verilir
27.07.2026, 09:50 Gündəm
-
Avropa Cüdo Ümidləri Turniri başa çatdı
26.07.2026, 18:40 Cüdo
-
Kanoeçimiz Avropa çempionatında gümüş medal qazanıb
26.07.2026, 18:16 Su idman növləri
-
Avarçəkənlərimiz Avropa çempionatında mübarizə aparacaq
26.07.2026, 16:08 Su idman növləri
-
Avropa Cüdo Ümidləri Turnirində ilk yarış günü başa çatıb
25.07.2026, 20:48 Cüdo
-
Avropa Cüdo Turnirinin açılış mərasimi keçirilib
25.07.2026, 19:49 Cüdo
-
Qazaxda ilk dəfə avarçəkmə tədbiri keçirilib
25.07.2026, 18:58 Su idman növləri
-
U-18 millimiz tarixdə ilk dəfə Avropa çempionatı B divizionunun qrup mərhələsində qələbə qazanıb
25.07.2026, 17:39 Basketbol
-
Qazaxda Federasiya Kuboku yarışı keçirilib
25.07.2026, 16:47 Velosiped
-
Avropa Cüdo Ümidləri Turnirində U-14 yaş kateqoriyasında ilk mükafatçılar müəyyənləşib
25.07.2026, 14:30 Cüdo
-
Rüstəm Orucov: "İdmançılarımızdan qızıl medallar gözləyirəm"
25.07.2026, 10:55 Cüdo
-
Natiq Bağırov: "Turnirdə iştirak edən idmançılar beynəlxalq yarış təcrübəsi qazanırlar"
25.07.2026, 10:48 Cüdo
-
Gənclər və İdman Nazirliyinin 32 illiyinə həsr olunmuş avarçəkmə ilə tanışlıq sessiyası keçirilib
25.07.2026, 10:41 Su idman növləri
-
Avropa Cüdo Ümidləri Turnirinə start verilib
25.07.2026, 10:13 Cüdo
-
Avropa Cüdo Ümidləri Turnirinin püşkatma mərasimi keçirilib
24.07.2026, 21:46 Cüdo
-
U17 dünya çempionatının medalları təqdim olundu
24.07.2026, 20:08 Gündəm