BOK prezidentliyinə müraciət üçün son tarix açıqlanıb

BOK prezidentliyinə müraciət üçün son tarix açıqlanıb

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezident vəzifəsinə namizədlərin siyahısının açıqlanacağı gün  müəyyənləşib. 

Quruma rəhbərlik etmək üçün son müraciət tarixi sentyabrın 15-dir.

BOK yekun namizəd siyahısını sentyabrın 16-da açıqlayacaq. Qurumun yeni rəhbəri 2025-ci il martın 21-də Afinada keçiriləcək konqressdə bəlli olacaq. Hələlik Beynəlxalq Atletika Federasiyasının prezidenti Sebastyan Kou namizədliyini irəli sürüb.

Qeyd edək ki, BOK-un hazırki prezidenti Tomas Bax bir neçə gün əvvəl yenidən namizəd olmayacağını açıqlayıb. O, 2013-cu ildən quruma başçılıq edir.