«Olimpnews» saytı 2013-cü ilin ən yaxşılarını açıqladı

«Olimpnews» saytı 2013-cü ilin ən yaxşılarını açıqladı


Azərbaycanın idman həyatı üçün 2013-cü il uğurlu illərdən olub. Ötən ildə idmançılarımız bir sıra möhtəşəm uğurlara imza atıblar, ölkəmiz ayrı-ayrı idman növləri üzrə mötəbər yarışlara ev sahibliyi edib.
«Olimpnews» saytı ilin ən yaxşılarını müəyyənləşdirmək üçün çoxsaylı oxucuları, KİV nümayəndələri, idman təşkilatları arasında rəy sorğusu keçirib. Sorğuda qalib gələn idman təşkilatları, federasiyalar, klublar, cəmiyyətlər, məşqçilər və idmançıların adlarını sizə təqdim edirik.



1. İlin ən yaxşı idmançısı-Boks üzrə dünya çempionu Cavid Çələbiyev
2. İlin ən yaxşı məşqçisi-Gimnastika üzrə yığma komandanın baş məşqçisi Mariana Vasileva
3. Qeyri-olimpiya idman növləri üzrə ilin ən yaxşı idmançısı-2013-cü ildə İndoneziyda keçirilən III İslam Həmrəyliyi Oyunlarının qalibi Rafael Ağayev
4. İlin ən yaxşı federasiyası-Azərbaycan Taekvondo Federasiyası
5. Qeyri-olimpiya idman növləri üzrə ilin ən yaxşı federasiyası-Azərbaycan Kikboksinq Federasiyası
6. İlin idman yarışı - Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş Tour d’Azerbaidjan 2013 veloturu
7. İlin idman uğuru- Azərbaycan yığma komandasının III İslam Həmrəyliyi Oyunlarında uğurlu çıxışı (24 medal, 7-ci yer)
8. İlin ən fəal federasiyası-Azərbaycan Güləş Federasiyası
9. Ekstremal idman növləri üzrə ilin ən yaxşı federasiyası- Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası
10. İlin tarixi qələbəsi-Elxan Məmmədovun cüdo tariximizdə ilk dəfə dünya çempionluğu qazanması
11. İlin ən yaxşı komandası-«Akkord» Hokkey komandası
12. İlin idman klubu-«Rabitə» voleybol klubu
13. İlin ən yaxşı komanda qələbəsi-Şahmat üzrə millimizin Avropa çempionatında qalibiyyəti
14. İlin idman təşkilatı - Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi
15. İlin ən yaxşı gənc idmançısı-Ağırlıqqaldırma üzrə dünya və Avropa çempionu Firudin Quliyev
16. İlin ən yaxşı idman cəmiyyəti-«Neftçi» İSM
17. İlin idman jurnalisti-«Azərtac» İnformasiya Agentliyinin əməkdaşı Səxavət Quliyev
18. İlin mətbuat xidmətinin rəhbəri-«Neftçi» İSM-ın mətbuat xidmətinin rəhbəri, əməkdar jurnalist Tofiq Ataxanoğlu
19. İlin jurnalist təşkilatı-Azərbaycan İdman Jurnalistləri Assosiasiyası
20. İlin ən yaxşı hakimi-Olimpiya kateqoriyalı güləş hakimi Hicran Şərifov
21. İlin ən yaxşı paralimpiyaçısı-cüdo üzrə paralimpiya çempionu Ramin İbrahimov
22. İlin ən yaxşı idman arenası-Tofiq Bəhramov adına Respublika stadionu
23. İlin ən texnikalı idmançısı - universal döyüş üzrə ən gənc dünya və Avropa çempionu - Nicat Əliyev
24. İlin ən yaxşı Olimpiya idman kompleksi-İsmayıllı Olimpiya İdman Kompleksi
25. İlin ən fəal idman cəmiyyəti-«Təhsil» RİM
26. İlin futbol klubu- «Neftçi» PFK
27. İlin ən fəal idman cəmiyyəti-«Zenit»İdman Cəmiyyəti
28. İlin ən yaxşı futbol məktəbi- Vətən RİOEUGİM
29. İlin ən yaxşı gənclər və idman idarəsi - Xəzər rayon gənclər və idman idarəsi
30. İlin ən yaxşı fitnes klubu- «Best Gym»