Yüksək Liqada XIV turun proqramı açıqlanıb

Yüksək Liqada XIV turun proqramı açıqlanıb

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XIV turun proqramı açıqlanıb.

Bu barədə Voleybol Federasiyasının mətbuat xidmətindən məlumat verilib. Turun hər üç qarşılaşması martın 5-də keçiriləcək.

Tura saat 14:00-da MOİK "Azərreyl" oyunu ilə start veriləcək. Bu qarşılaşmadan iki saat sonra "Murov Az Terminal" "Xilasedici" ilə qarşılaşacaq. Günün və turun son oyunu saat 18:00-da "Neftçi" və "Gənclər" komandaları arasında olacaq. 

Qeyd edək ki, hər üç görüş Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçiriləcək.