Basketbol Liqası: “Ordu” “Lənkəran”a qalib gəldi

Basketbol Liqası: “Ordu” “Lənkəran”a qalib gəldi

Azərbaycan Basketbol Liqası çərçivəsində XIX turun daha bir oyunu keçirilib. B qrupunda “Ordu” “Lənkəran”a qalib gəlib.

“Sərhədçi” İdman Mərkəzində təşkil olunan oyun Alberto Blankonun rəhbərlik etdiyi kollektivin 87:65 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, turun açılış matçında "Sumqayıt" "Quba"nı 112:103 hesabı ilə məğlub edib.