"Arsenal" yarımmüdafiəçi Ethan Nvaneri ilə yeni müqavilə ilə bağlı razılığa gəlib.
Olimpnews.az insayder Fabrizio Romanoya istinadən xəbər verir ki, yeni müqavilə 2030-cu ilə qədər qüvvədə olacaq.
18 yaşlı ingiltərəli futbolçu digər klublardan ona gələn təkliflərə baxmayaraq, "topçular"ın heyətində qalmağa üstünlük verib.
Məlumat üçün bildirək ki, Nvaneri "Arsenal"ın heyətində 39 matçda 9 qol və 2 məhsuldar ötürmə müəllifi olub.