Skopye-2025: Üzgüçülərimiz qarışıq estafet yarışlarında iştirak ediblər

Skopye-2025: Üzgüçülərimiz qarışıq estafet yarışlarında iştirak ediblər

Bu gün Skopye Olimpiya Hovuzunda festival çərçivəsində üzgüçülüyün qarışıq (4x100 sərbəst) estafet yarışlarına start verilib. Mehri Əbdurəhmanlı, Ramal Sadıqlı, Vlastilina Xasyanova və Fərhad Şirməmmədlidən ibarət estafet yığmamız ümumilikdə 4:11:5 nəticə ilə 23-cü yeri tutub. Komandamız bu nəticə ilə finala çıxmaq şansını itirib.