Skopye-2025 çərçivəsində keçrilən stolüstü tennis yarışları davam edir.
Olimpnews.az xəbər verir ki, bu gün daha bir idmançımız Uğur Nəzərli ilk görüşünə çıxıb.
“Partizan” idman zalında keçirilən görüşdə idmançımızın rəqibi irlandiyalı Peadar Şeridan olub. İkinci qrupun birinci turu çərçivəsində keçirilən görüş rəqib idmançının 3:1 (11:2, 11:9, 10:2, 11:6) qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, daha əvvəl digər stolüstü tennisçimiz Şəbnəm Mansurova ilk görüşündə serbiyalı Maya Vanyoya 3:1 (8:11, 11:2, 11:8, 11:1) hesabı ilə məğlub olmuşdu.
Daha bir stolüstü tennisçimiz EYOF-2025-də mübarizəyə başladı
