XVIII Avropa Gənclər Yay Olimpiya Festivalında iştirak edən cüdoçularımız Rza Xəlilli (-50 kq) və Gülşən Hüseynova (-44 kq) final mərhələsinə vəsiqə qazanıblar.
Olimpnews.az xəbər verir ki, Rza xəlilli finala vəsiqə uğrunda görüşdə böyük britaniyalı Koen Makkay Gilbertə ipponla qalib gəlib.
Digər cüdoçumuz Gülşən Hüseynova isə Türkiyə təmsilçisi Livanur Kayırı üstələyərək adını finala yazıdırıb.
Qeyd edək ki, final bloku Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
İki cüdoçumuz Skopye-2025-in finalında




