Azərbaycan cüdoçusu VI İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazandı

Azərbaycan cüdoçusu VI İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazandı

BOK

08.11.2025, 18:23

Azərbaycan komandası VI İslam Həmrəyliyi Oyunlarında növbəti medalını qazanıb. 

Olimpnews.az xəbər verir ki, bu uğura cüdoçumuz Könül Əliyeva nail olub. -48 kq çəki dərəcəsində tatami üzərinə çıxan idmançımız ilk görüşdə taciksitanlı Ahliya Muminovanı, yarımfinalda isə qazaxıstanlı Diana Burkeyevanı üstələyib. Finalda Türkiyə idmançısı Tuqce Bederə məğlub olan idmançımız gümüş medala layiq görülüb. 

Qeyd edək ki, final görüşünü Milli Olimpiya Komitəsinin vitse-prezidenti və İSSA-nın ikinci vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un baş katibi Azər Əliyev və vitse-prezidenti Fərid Mansurov izləyiblər.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR