Ədalət təmsilçimizə beynəlxalq qurumdan etimad

Ədalət təmsilçimizə beynəlxalq qurumdan etimad

BOK

14.01.2026, 11:21

Azərbaycanlı hakim Kəmalə Əsgərova Avropa Voleybol Konfederasiyası tərəfindən təyinat alıb.

Bu barədə Olimpnews.az-a Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən məlumat verilib. K.Əsgərova qadın voleybolçuların Çelenc Kubokunun 1/8 final mərhələsində Serbiyanın “Crvena Zvezda Beograd” və Danimarkanın “Holte IF” komandaları arasında keçiriləcək qarşılaşmada ikinci hakim olacaq. Matçın baş hakimi vəzifəsini xorvatiyalı Ana Stipanicev yerinə yetirəcək.

Qeyd edək ki, oyun yanvarın 15-də Serbiyada keçiriləcək. 

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR