BASKETBOL
“Gəncə” pley-in mərhələsində seriyanı qələbə ilə tamamladı
Azərbaycan Basketbol Liqasının pley-in mərhələsində ikinci oyunlara start verilib. Bu mərhələnin ilk qarşılaşmalarından biri Lənkəran şəhərində keçirilib.
Lənkəran Olimpiya İdman Kompleksində keçirilən görüşdə yerli “Lənkəran” komandası “Gəncə”ni qəbul edib. Görüş qonaqların üstünlüyü ilə keçib və “Gəncə” klubu rəqibini 100:74 hesabı ilə məğlub edib.
Qeyd edək ki, komandalar arasında ilk oyun da “Gəncə”nin qələbəsi ilə yekunlaşmışdı - 96:92. Beləliklə, iki oyundan ibarət seriyada hər iki qarşılaşmada qalib gələn “Gəncə” pley-in mərhələsini uğurla başa vuraraq növbəti mərhələyə vəsiqə qazanıb.
Pley-in mərhələsinin digər oyunları aprelin 14-də keçiriləcək.
Paylaş :