BASKETBOL
Basketbol Liqasında pley-offa “Şəki” qələbə ilə başladı
Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinə start verilib. Günün yeganə qarşılaşmasında “Şəki” və “Gəncə” komandaları üz-üzə gəlib. Gərgin idman mübarizəsi şəraitində keçən oyunda “Şəki” minimal fərqlə – 85:84 hesabı ilə qalib gəlib.
Cütün taleyinə aydınlıq gətirəcək ikinci görüş aprelin 20-də keçiriləcək.
Paylaş :