TENNİS
Veteran stolüstü tennisçilərin Azərbaycan çempionatı yekunlaşdı
Veteran stolüstü tennisçilərin Azərbaycan çempionatına yekun vurulub. Azərbaycan Stolüstü Tennis Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, “Şüa” İdman-Sağlamlıq Kompleksində keçirilən yarışda kişilər 40-49, 50-59, 60-69 və 70-dən yuxarı, qadınlar isə 40-dan yuxarı yaş qrupunda mübarizə aparıblar. 60-a yaxın iştirakçının iştirak etdiyi çempionatda bütün rəqiblərini üstələyən Vaqif Məmmədov, Yaşar Mövlanov, Məzahir Həsənov, Muxtar Ağazadə və Marina Kuvayeva şəxsi mübarizədə baş mükafata layiq görulüb. Zaur Mikayılovla Mahir Cəbiyev cütlüyü isə qoşa yarışlarda fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Fərqlənən iştirakçılar Azərbaycan Stolüstü Tennis Federasiyası tərəfindən mükafatlandırılıb.
Paylaş :