TENNİS
"Rolan Qarros”un mükafat fondu artırıldı
Bu il Fransada keçiriləcək “Rolan Qarros” tennis turnirinin mükafat fondu 56,3 milyon avro təşkil edəcək. Bu barədə yarışın rəsmi sosial media hesabında bildirilib. Ötən illə müqayisədə mükafat fondu 5,21 faiz artaraq 2,87 milyon avro yüksəlib. Lakin mərhələlər üzrə vəsait bölgüsünün detalları hələ açıqlanmayıb.
Qeyd edək ki, mötəbər turnir mayın 25-dən iyunun 8-dək Parisdə keçiriləcək. Ötənilki qaliblər Karlos Alkaras (kişilər) və İqa Svyontek (qadınlar) olub.
Paylaş :