CÜDO
Cüdoçularımız Avropa çempionatının fərdi yarışlarını 5 medalla başa vurdular
Monteneqronun paytaxtı Podqoritsada keçirilən cüdo üzrə Avropa çempionatında Azərbaycanın daha bir təmsilçisi Uşanqi Kokauri (+100 kq) tatami üzərinə çıxıb.
Yarışa inamlı start verən dünya çempionatının bürünc mükafatçısı ilk görüşündə Polşa təmsilçisi Patrik Bronietsi məğlub edib. Cüdoçumuz növbəti mərhələdə slovakiyalı Marius Fizeli, 1/4 finalda isə türkiyəli Recep Ergini üstələsə də yarımfinalda İJF bayrağı altında çıxış edən Valeri Endovitskiyə uduzub.
Bürünc medal şansı üçün Almaniya təmsilçisi Erik Abramovla qarşılaşan Usangi Kokauri bu görüşdə də məğlub olaraq Avropa çempionatını medalsız başa vurub.
Qeyd edək ki, Azərbaycan cüdo millisi fərdi yarışları 1 gümüş və 4 bürünc medalla tamamlayıb.
Azərbaycan yığması turniri 5 medalla başa vurub.
Gümüş medalı komandamıza Olimpiya çempionumuz Zelim Kotsoyev (-100 kq) qazandırıb yazdırıb.
Bürünc medallara isə Əhməd Yusifov (-60 kq), Rəşid Məmmədəliyev (-73 kq), Zelim Tçkayev (-81 kq) və Murad Fətiyev (-90 kq) sahib çıxıb.
Millimiz bu nəticə ilə Avropa çempionatını 10-cu yeri tutub.
Qeyd edək ki, sabah cüdoçularımız Avropa çempionatının qarışıq komanda yarışlarında iştirak edəcək.
Paylaş :