03:30 27-04-2025
92
"Barselona" 32-ci dəfə İspaniya "Kral kuboku"nun qalibi oldu - FOTO
İspaniya "Kral kuboku"nun builki qalibi müəyyənləşib.
"Olimpnews.az" xəbər verir ki, Sevilyadakı “La Kartuja” stadionunda keçirilən möhtəşəm final qarşılaşmasında “Barselona” Madrid “Real”ını 3:2 hesabı ilə məğlub edərək 32-ci dəfə bu titula sahib çıxıb. Matçın 28-ci dəqiqəsində Pedrinin vurduğu qolla hesabı açan "Barselona" üstünlüyü ələ alsa da, "Real" ikinci hissədə oyunda geridönüş edə bilib. 70-ci dəqiqədə Kilian Mbappe, 77-ci dəqiqədə isə Orelian Tçuameni fərqlənərək Madrid klubunu önə keçirib.
Buna baxmayaraq, Hans Flikin rəhbərlik etdiyi "Barselona" ruhdan düşməyib və 84-cü dəqiqədə Ferran Torresin qolu ilə hesabı bərabərləşdirib - 2:2. Görüşün əsas vaxtında qalib müəyyənləşmədiyindən oyun əlavə vaxta keçib. Əlavə dəqiqələrdə isə Jul Kunde (116-cı dəqiqə) qələbə qoluna imza ataraq "Barselona"ya tarixi 32-ci İspaniya "Kral kuboku"nu qazandırıb.
















