BASKETBOL
Azərbaycan Basketbol Liqasında yarımfinal həyəcanı davam edir
Bu gün Azərbaycan Basketbol Liqasında yarımfinal mərhələsinin növbəti oyunu keçiriləcək.
Mərhələnin ikinci oyun günündə “Neftçi” və “Abşeron” komandaları üz-üzə gələcək. Bakı İdman Sarayında keçiriləcək oyun saat 14:00-da başlayacaq.
Qeyd edək ki, ötən gün təşkil olunan yarımfinal mərhələsinin ilk oyununda “Sabah” klubu "Şəki" üzərində 86:73 hesablı qələbə qazanıb.
Paylaş :