FUTBOL
Misli Premyer Liqası: "Səbail" - "Araz-Naxçıvan" oyununda qalib müəyyənləşmədi
Bu gün futbol üzrə Misli Premyer Liqasında XXXII turun daha bir oyunu keçirilib. "ASCO Arena"da təşkil olunan günün ilk qarşılaşmasında "Səbail" klubu "Araz-Naxçıvan"ı qəbul edib. Oyun 1:1 hesablı bərabərliklə başa çatıb.
Oyunda hesabı 30-cu dəqiqədə Naxçıvan təmsilçisindən Ülvi İsgəndərov açıb. Qarşılaşamnın ikinci hissəsində, 76-cı dəqiqədə Marko Nikoliç hesabda tarazlığı bərpa edib.
Bu nəticə ilə aktivindəki xalların sayını 54-ə çatdıran “Araz-Naxçıvan” üçüncü sıradakı mövqeyini qoruyub. “Səbail” isə 21 xalla turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.
Paylaş :