FORMULA 1
Sennanın dəbilqəsi rekord məbləğə satılıb
Əfsanəvi Formula 1 çempionu Ayrton Sennanın dəbilqəsi «RM Sothebys» hərracında rekord məbləğə - 965 min dollara satılıb. Əvvəlki rekord «Ferrari» sürücüsü Şarl Leklerə məxsus idi. Onun dəbilqəsi 2023-cü ildə 352 min dollara satılmışdı. «The Athletic» xəbər verir ki, Senna bu dəbilqədən 1992-ci ildə Belçika Qran Prisində istifadə edib. On il ərzində Senna 41 yarışın qalibi olub. 65 poulda yer alan Ayrton 1994-cü il mayın 1-də San Marino Qran Prisi zamanı «Williams FW16» avtomobilinin beton divarla toqquşması nəticəsində faciəvi şəkildə həlak olub.
Paylaş :