FUTBOL
UEFA Konfrans Liqası: "Çelsi" Yurqorden"ə, "Betis" isə "Fiorentina"ya qarşı
Bu gün futbol üzrə UEFA Konfrans Liqasında yarımfinal mərhələsinin ilk oyunları keçirləcək.
Olimpnews.az xəbər verir ki, İngiltərənin “Çelsi” klubu səfərdə İsveçin “Yurqorden” klubu ilə qarşılaşacaq. “Tele2” arenada təşkil olunacaq oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
İspaniyanın “Betis” klubu isə İtaliya təmsilçisi “Fiorentina”nı qəbul edəcək. Bakı vaxtı ilə saat 23:00-da başlayacaq oyun Benito Villamarín stadionunda keçiriləcək.
Paylaş :