FUTBOL
"İnter"i Çempionlar Liqasının finalına aparan futbolçu "Qalatasaray"a gəlir?
Türkkyənin "Qalatasaray" klubu səs-küylü transfer həyata keçirməyi planlaşdırır.
"Olimpnews.az” Türkiyə mətbuatına istinadən xəbər verir ki, klub rəhbərliyi mövsümün sonunda komandadan ayrılacaq Fernando Muslerasnın əvəzinə İtaliyanın “İnter” klubunun qapıçısı Yan Zommeri transfer etmək istəyir. Bu həftə UEFA Çempionlar Liqasının yarımfinal oyununda möhtəşəm çıxışı ilə komandasını finala çıxaran 36 yaşlı qapıçı “sarı-qırmızılılar”ın maraq dairəsinə düşüb.
Qeyd edək ki, 2023-cü ildə “Bavariya”dan “İnter”ə transfer olunan isveçrəli qapıçı qısa müddətdə əsas heyətdə yer almağa müvəffəq olub. O, 2023/24 mövsümündə “İnter”lə A Seriyasında çempionluq yaşayaraq mövsümün ən az qol buraxan qapıçısı olub.
Paylaş :