FUTBOL
Misli Premyer Liqasını tərk edəcək komanda müəyyənləşdi
“Səbail” klubunun Misli Premyer Liqası ilə vidalaşacağı artıq rəsmi olaraq dəqiqləşib.
“Olimpnews.az” xəbər verir ki, “dənizçilər”in elitanı tərk edəcəyi XXXIV tur çərçivəsində “Zirə”yə 1:0 hesablı məğlubiyyətindən sonra müəyyənləşib. “ASCO Arena”da keçirilən oyunda qəsəbə təmsilçisi 90+1-ci dəqiqədə Davit Volkovun qolu ilə ardıcıl beşinci qələbəsini qazanıb. Bu məğlubiyyətdən sonra 22 xalla sonuncu pillədə qərarlaşan “Səbail” ən yaxın izləyicisindən 7 xal geri düşüb. Bununla da “bakılılar” növbəti mövsümdə 1-ci Liqada mübarizə aparacaq.
Premyer Liqanın gümüş medallarını təmin edən “Zirə” klubunun aktivində isə 34 turdan sonra 70 xalı var.
Paylaş :