FUTBOL
"Bavariya" Müllerlə qələbə ilə vidalaşdı
Almaniyanın "Beyern Münhen" klubu hücumçusu Tomas Müller üçün vida mərasimi təşkil edib.
"Olimpnews.az" xəbər verir ki, Bundesliqa çempionu 33-cü turda "Alians Arena"da "Münhenqadbax"la oyunda 2:0 hesabı ilə qalib gəlib.
Fransalı futbolçu Maykl Olisenin 31 və 90-cı dəqiqələrdə vurduğu qollar oyunda həlledici olub.
Beləliklə, Müller oyundan sonra son dəfə kapitan kimi kuboku qaldırıb.
Qeyd edək ki, Müller 2000-ci ildən "Bayern Münhen" Akademiyasının yetirməsidir. 2008-ci ildən əsas komandada çıxış edn Tomas Müller, bu illər ərzində peşəkar karyerasında münhenlilərin heyətində 13 Bundesliqa çempionluğu da daxil olmaqla 34 titul qazanıb.
Paylaş :