FUTBOL
"El-Klasiko" öncəsi son statistik mənzərə: "Barselona" yoxsa "Real Madrid"?
Xəbər verdiyimiz kimi, bu gün İspaniya La Liqasının 35-ci turu çərçivəsində "El-Klasiko" baş tutacaq.
"Olimpnews.az" hər zaman öz gərginliyi ilə yadda qalan bu möhtəşəm derbinin startistik mənzərəsini oxuculara təqdim edir.
İndiyədək iki nəhəng klub arasında arasında keçirilmiş 260 rəsmi qarşılaşmada Madrid "Real"ı 105, "Barselona" isə 103 qələbə qazanıb. 52 oyunda isə bərabərlik qeydə alınıb. Komandaların qol statistikası da olduqca bir-birinə yaxındır. "Kral klubu" 437, "Barsa" isə 431 dəfə rəqib qapısına yol tapıb.
Qeyri-rəsmi görüşlərdə isə fərq kataloniyalılar öndədir. 43 oyunun 25-də "Barselona" sevinən tərəf olubsa, cəmi 6 dəfə əzəli rəqibi qalib gəlməyə müvəffəq olub. 12 qarşılaşmada isə qalib müəyyənləşməyib. Bu oyunlarda Hans Diter Flikin komandası 106, Madrid təmsilçisi isə 56 qol vurub.
Kubok sayında isə üstünlük yenidən paytaxt təmsilçisindədir. "Real Madrid"in 106 rəsmi tituluna qarşı kataloniyalıların 101 kuboku var.
Qeyd edək ki, bu gün keçiriləcək "Barselona" - " Real Madrid" oyunu saat 18:15-də başlayacaq.
Barselonadakı “Lluis Kompanys Olimpiya” stadionunda keçiriləcək oyunu Alexandro Xose Hernandes idarə edəcək. Bu, 41 yaşlı hakimin karyerasındakı dördüncü “El-Klasiko” olacaq.
Qeyd edək ki, hazırda "Barselona" klubu 34 turdan sonra 79 xalla turnir cədvəlinin birinci pilləsində qərarlaşıb. Əzəli rəqibindən dörd xal geri qalan Karlo Ançelottinin komandası isə ikincidir.
Paylaş :