FUTBOL
Dani Olmo "Mançester Siti"yə transfer olunur?
"Barselona" klubunun futbolçusu Dani Olmo karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Olimpnews.az xəbər verir ki, ispaniyalı futbolçu ilə "Mançester Siti" klubu yaxından maraqlanır. "Şəhərlilər"in baş məşqçisi Pep Qvardiola 27 yaşlı yarımmüdafiəçinin oyun tərzini komandasına uyğun hesab edir. "Dumanlı Albion" təmsilçisi yaxın günlərdə Dani Olmo transferi üçün danışıqlara başlamağı planlayıb. Kataloniya klubu yarımmüdafiəçinin transfer dəyərini minimum 70 milyon avro olaraq qiymətləndirir.
Qeyd edək ki, Dani Olmo ötən ilin yayında 55 milyon avroya "Leypsiq"dən "Barselona"ya transfer olunmuşdu.
Paylaş :