FUTBOL
Lionel Messi keçmiş klubu belə təbrik etdi
Argentinalı ulduz futbolçu Lionel Messi keçmiş komandası "Barselona" ilə bağlı paylaşım edib.
Olimpnews.az xəbər verir ki, "Barselona"nın əfsanəsi öz Instagram hesabında doğma klubunun 28-ci La Liqa çempionluğunu qazanması münasibəti ilə paylaşım edərək ispan dilində təbrik edirəm sözlərini yazıb.
Kataloniya təmsilçisinin Lionel Messi ilə yanaşı, Madrid "Real"nın və digər aparıcı klubların rəsmi səhifələri də təbrik edib.
Qeyd edək ki, "Barselona" ötən gün "Espanyol"a səfərdə 2:0 hesabı ilə qalib gələrək çempionatın başa çatmasına iki tur qalmış çempionluğunu təmin edib.
Paylaş :