FUTBOL
Belçikalı ulduz üçün heykəl hazırlanır - FOTO
"Mançester Siti"də futbolçu karyerasını bitirən yarımmüdafiəçi Kevin De Bruynenin heykəli "Ettihad" stadionu yaxınlığında ucaldılacaq. Xəbəri dünən “Bornmut”la (3:1) görüşdə qalib gələn komandanın mətbuat xidməti yayıb. Məlumat üçün bildirək ki, Kevin De Bruyne karyerasının on ilini "Mançester Siti"də keçirib. O, komandanın heyətində bütün yarışlarda 421 oyunda 108 qol vurub və 177 məhsuldar ötürmə müəllifi olub. Belçikalı yarimmüdafiəçi azad agent kimi hansı kluba keçəcəyi hələ ki, məlum deyil.
Paylaş :