FUTBOL
Bu gün Avropa Liqasının qalibi müəyyənləşəcək
Bu gün futbol üzrə UEFA Avropa Liqasının 2024/2025 mövsümünün qalibinin adına aydınlıq gələcək.
Olimpnews.az xəbər verir ki, İspaniyanın Bilbao şəhərindəki “San Mames” stadionunda keçiriləcək həlledici qarşılaşmada İngiltərə təmsilçiləri “Tottenhem” və “Mançester Yunayted” klubları qarşılaşacaq.
Bakı vaxtı ilə saat 23:00-da başlayacaq oyunun baş hakimi almaniyalı Feliks Zoyer olacaq.
Qeyd edək ki, bu komandalardan “Tottenhem” tarixi ərzində 2 (1971/1972, 1983/1984), “Mançester Yunayted” isə 1 dəfə (2016/2017) turnirin qalibi adını qazanıb.
Qeyd edək ki, UEFA Avropa Liqasının ötənilki qalibi İtaliyanın “Atalanta” klubu olub.
Paylaş :