FUTBOL
"Barselona" Rafinya ilə müqaviləsini yenilədi
İspaniyanın "Barselona" klubu baş məşqçi Hans-Diter Flikin ardından sol cinah hücumçusu Rafinya ilə də yeni müqavilə imzalayıb.
Olimpnews.az xəbər verir ki, braziliyalı futbolçu ilə müqavilənin müddəti daha üç il artırılıb.
Qeyd edək ki, 2022-ci ildə İngiltərənin "Lids Yunayted" klubundan 58 milyon avroya "Barselona"ya transfer olunan "sambaçı" bu mövsüm möhtəşəm performans sərgiləyərək klubun uğurlarında böyük pay sahibi olub. Cari mövsümdə 56 oyunda meydana çıxan 28 yaşlı futbolçu 34 qol vurub və 35 məhsuldar ötürmə ilə yadda qalıb.
Paylaş :