FUTBOL
Sane yolayrıcında: İngiltərə yoxsa İtaliya?
Almaniyalı müdafiəçi Leroy Sane “Bavariya” klubundan ayrılacaq.
Olimpnews.az Sky Sports-a istinadən xəbər verir ki, bundestim təmsilçisi ilə müqaviləni yeniləməyən cinah müdafiəçisi Avropa Liqasının çempionu olan “Tottenhem”ə keçə bilər.
Qeyd edək ki, almaniyalı oyunçunun müqaviləsi gələn ilin iyun ayında başa çatacaq və onun azad agent olacağı gözlənilir. Futbolçu üçün İtaliyanın “Napoli” klubu da rəsmi təklif göndərməyə hazırlaşır.
Paylaş :