FUTBOL
"Çelsi" UEFA Konfrans Liqasının qalibi oldu
“Çelsi” klubu UEFA Konfrans Liqasının 2024/2025 mövsümünün qalibi olub.
Olimpnews.az xəbər verir ki, İngiltərə təmsilçisi Polşanın Vrotslav şəhərindəki eyniadlı stadionda keçirilən həlledici qarşılaşmada İspaniyanın “Betis” klubuna qalib gəlib -1:4. Oyunda hesab 9-cu dəqiqədə açılıb. “Betis”in futbolçusu Abde Ezzalzuli fərqlənib. Lakin “zadəganlar” oyunda geridönüş etməyi bacarıblar. Enzo Fernandes 65-ci dəqiqdə hesabda tarazlığı bərpa edib. Vurulan qoldan beş dəqiqə sonra londonlular Nikolas Ceksonun qolu sayəsində hesabda önə keçib -1:2.
Oyunun 83-cü dəqiqəsində Yando Sanço İngiltərə təmsilçisinin üstünlüyünü iki topa çatdırıb.
90+1-ci dəqiqədə isə Moises Kaisedo “Çelsi”nin üstünlüyünü bir qədər də artırıb. Beləliklə, oyunda 4:1 hesablı qələbə qazanan zadəganlar UEFA Konfrans Liqasının qalibi adını qazanıb.
Paylaş :