FUTBOL
"Liverpul" Virtsdən sonra Frimponqun transferini də rəsmiləşdirdi
İngiltərənin "Liverpul" klubu Leverkuzen "Bayer"nin daha bir futbolçusunu heyətinə cəlb edib.
Olimpnews.az xəbər verir ki, "mersisaydlılar" yarımmüdafiəçi Florian Virtsin ardından sol cinah müdafiəçisi Ceremi Frimponqun transferini rəsmiləşdirib. İngiltərə təmsilçisi 24 yaşlı niderlandlı müdafiəçi üçün qarşı tərəfə 35 milyon avro ödəyəcək.
Paylaş :