FUTBOL
Yamalın "Qızıl top" şansı yoxdur
"Barselona"nın cinah hücumçusu Lamin Yamal artıq "Qızıl top" mükafatçıları arasında favoritlər sırasında öz yerini itirib.
Olimpnews.az xəbər verir ki, Çempionlar Liqasının finalında PSJ-nin "İnter"lə görüşdə böyükhesablı qalibiyyətindən (5:0) sonra Osman Dembele liderliyi ələ keçirib - 66 faiz. "Actu Foot" sayıtnın məlumatına görə Yamalın şansı 27 faizə enib. Onun komanda yoldaşı Rafinha Diasın şansı isə yalnız cəmi 9 faizdir. "Liverpool"un misirli futbolçusu Məhəmməd Salah, Kilian Mbappe (“Real”), Xviça Kvaratsxeliya (PSJ) və Lautaro Martines (“İnter”) sonrakı pillərdə qərarlaşıb.
Paylaş :