FUTBOL
İngiltərə klubunda baş məşqçi istefası
İngiltərənin "Midlsbro" klubunun baş məşqçisi Mixael Karrik istefaya göndərilib.
Olimpnews.az xəbər verir ki, 2022-ci ilin oktyabr ayından kluba gətirilən baş məşqçi üç mövsüm ərzində komandanı Premyer Liqaya çıxara bilməyib. Klub rəhbərliyi bu səbəbdən 43 yaşlı mütəxəssislə yolları ayırmaq qərarına gəlib.
Qeyd edək ki, onunla birgə köməkçilər Conatan Vudqeyt və Qraham Karrik də klubu tərk ediblər.
Paylaş :