DİGƏR NÖVLƏR
“İdman hamı üçün” layihəsi çərçivəsində tədbir keçirilib
Lerik şəhər 2 saylı tam orta məktəbin idman meydançasında “İdman hamı üçün” layihəsi çərçivəsində keçirilən tədbirdə müxtəlif yaş kateqoriyalarından olan şəxslər tərəfindən müxtəlif idman növləri üzrə nümunəvi çıxışlar edilib.
Olimpnews.az xəbər verir ki, əsas məqsəd kütlə arasında idmanın təbliği, ona marağın artırılması, sağlam həyat tərzinə çağırış, asudə vaxtın səmərəli təşkili olan tədbir Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi tərəfindən keçirilib.
Paylaş :